Tehran Universitetində Ermənistanın müstəqilliyinin və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunub

Tehran Universitetində Ermənistanın müstəqilliyinin və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunub
# 17 fevral 2012 11:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Tehran Universitetində Ermənistanın müstəqilliyinin və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimdə Ermənistanın İrandakı səfiri, İran Xarici İşlər Nazirliyinin və digər dövlət təşkilatlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş bir sıra ölkələrin diplomatları və digər qonaqlar iştirak edib. Tədbirə İranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan da qatılıb. O, səfər çərçivəsində İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR