Vergilər Nazirliyi «Səfalı Ticarət Mərkəzi»nin fəaliyyətində qüsurlar aşkarlayıb

Vergilər Nazirliyi «Səfalı Ticarət Mərkəzi»nin fəaliyyətində qüsurlar aşkarlayıb
# 23 avqust 2012 12:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda son zamanlar işəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində aparılan tədbirlər çərçivəsində Vergilər Nazirliyi əmək müqavilələrinin (kontrakt) bağlanılmaması meyarı üzrə daha bir riskli vergi ödəyicisi – «Səfalı Ticarət Mərkəzi» ASC-nin fəaliyyət sahəsi üzrə müvafiq vergi nəzarəti tədbirləri keçirib. «APA-Economics»in xəbərinə görə, bu barədə Vergilər Nazirliyinin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binası inşa edən «Səfalı Ticarət Mərkəzi»ndə keçirilən kompleks tədbirlər nəticəsində ASC-nin rəhbərliyi tərəfindən 43 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, bununla da onların gəlirlərinin gizlədildiyi aşkarlanıb. Əmək müqaviləsi bağlanılmayan işçilərdən və ASC-nin rəhbərliyindən alınan izahatlardan aydın olub ki, həmin fəhlələrin əksəriyyətinin tikinti sahəsində bir neçə ay ərzində çalışdığına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsi bağlanılmayıb və sənədləşdirmə işləri aparılmayıb. «Səfalı Ticarət Mərkəzi»nin vergi orqanlarına təqdim etdiyi muzdlu işlə əlaqədar vergi bəyannamələrində isə cəmi bir neçə nəfər işçinin müxtəlif işlərə cəlb edildiyi bəyan edilib.

Nəzarət tədbirləri zamanı həmçinin tikinti işlərinə cəlb edilmiş işçilərin hüquqlarını pozaraq onların əmək təhlükəsizliyi qaydalarına riayət edilmədən, müvafiq qoruyucu geyim və ayaqqabılarla təmin edilmədən işlədildiyi aşkarlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR