Azərbaycanda dövlət qulluqçularının orta əmək haqqı 450 manatdır

Azərbaycanda dövlət qulluqçularının orta əmək haqqı 450 manatdır
# 26 may 2012 08:27 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dövlət qulluqçularının 6,8%-i 1 ilə qədər, 23,3%-i 1 ildən 5 ilə qədər, 24,8%-i 5 ildən 10 ilə qədər, 17,8%-i 10 ildən 15 ilə qədər, 27,3%-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 14,3%, 30-34 yaşda 12,5%, 35-44 yaşda 22,1%, 45-54 yaşda 31,4%, 55-62 yaşda 15,2% və 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 4,5%-ni təşkil edir. İşləyənlərin əsas hissəsi (53,5%-i) 35-54 yaşda olanlardır.

Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,6% komplektləşdirilib.
Ötən il dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin orta aylıq əmək haqqı 450,5 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR