İranda 5 nəfər edam olunub

İranda 5 nəfər edam olunub
# 07 oktyabr 2012 00:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda 5 nəfər edam olunub. APA-nın məlumatına görə, dar ağacına çəkilən şəxslər Hadi Nuri, İqbal Cuzani, Məhəmməd Zirəhpuş, Nizam İslami və Həsən Məhəmmədidir. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Onların barəsində Zahidan İnqilab Məhkəməsi edam hökmü çıxarıb və İranın Ali Məhkəməsi də qərarı təsdiqləyib. Məhbuslar oktyabrın 6-da səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər.
Qeyd edək ki, İran edam sayına görə Çindən sonra dünyada ikinci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR