Azərbaycan ərazisində yerləşən palçıq vulkanlarında monitorinqlər başlayıb

Azərbaycan ərazisində yerləşən palçıq vulkanlarında monitorinqlər başlayıb
# 22 oktyabr 2012 11:53 (UTC +04:00)
İnstitutun palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynovun APA-ya verdiyi məlumata görə, monitorinqlər Abşeron, Qobustan, Şamaxı ərazisində yerləşən palçıq vulkanlarında aparılacaq. Bir həftə davam edəcək monitorinqlər zamanı vulkanlarda gedən geoloji proseslər, aktivlik dərəcəsi dəqiq təhlil ediləcək.

A. Hüseynovun sözlərinə görə, monitorinqə sentyabrın 20-də püskürən Lökbatan palçıq vulkanından başlanılıb: “Araşdırmalar zamanı vulkanın püskürmə səbəbləri öyrəniləcək. Bu vulkanın ərazisində bəzi yeniliklər var. Onlar da araşdırılacaq. Şamaxı ərazisində yerləşən vulkanların bir müddət bu ərazidə baş verən zəlzələlərlə bağlılığı da öyrəniləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR