Səid Cəlili və Ketrin Eşton İstanbul görüşünün müsbət keçdiyini açıqlayıblar

Səid Cəlili və Ketrin Eşton İstanbul görüşünün müsbət keçdiyini açıqlayıblar
# 19 sentyabr 2012 08:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İstanbulda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında İranın mübahisəli nüvə proqramına dair görüş keçirilib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə İranla “altılıq” ölkələri arasında müzakirələr barədə fikir mübadiləsi aparılıb.

Təxminən 40 dəqiqə davam edən görüşün ardından S. Cəlili və K. Eşton İranın İstanbuldakı konsulluğunda axşam yeməyi yeyiblər.

Daha sonra tərəflər jurnalistlərə görüşün müsbət keçdiyini açıqlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR