Hillari Klinton iyunun 6-da Azərbaycana səfər edəcək

Hillari Klinton iyunun 6-da Azərbaycana səfər edəcək
# 26 may 2012 06:44 (UTC +04:00)
APA-nın ABŞ Dövlət departamentinə istinadən verdiyi məlumata görə, xanım Klinton Bakıda Azərbaycan prezidenti İlham Əliyev və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək.

H. Klinton Azərbaycana gəlməzdən əvvəl isə iyunun 4-də Ermənistanda, iyunun 5-də isə Gürcüstanda səfərdə olacaq.

Azərbaycana səfəri başa vurduqdan sonra dövlət katibi Türkiyəyə gedəcək. O, Türkiyədə keçiriləcək Qlobal Kontrterror Forumunda iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR