Azərbaycanda rus bölməsi üzrə Azərbaycan dilindən imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır

Azərbaycanda rus bölməsi üzrə Azərbaycan dilindən imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır
# 12 may 2012 09:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xüsusi Dövlət Mühafizə Xidməti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birlikdə mayın 13-də ali məktəblərə rus bölməsi üzrə Azərbaycan dilindən ilk imtahanın keçiriləcəyi binalara baxış keçirirlər. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binalarının təhlükəsizliyi yoxlanılır və onlar mühafizəyə götürülür.

Qeyd edək ki, rus bölməsi abituriyentləri üçün «Azərbaycan dili» fənnindən ilk imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçiriləcək. Bakı şəhərində 6492, Naxçıvanda 34, Gəncədə 1411, Sumqayıtda 565, Şəkidə 316, Lənkəranda 208, Qubada 417 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahan Bakı şəhərində 11, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçiriləcək. İmtahanın idarə olunması üçün 66 imtahan rəhbəri, 713 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahan bütün şəhərlərdə eyni vaxtda, saat 14:00-da başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR