“Mahmud və Məryəm” filminin yaradıcı heyəti Bakıya gəlib

“Mahmud və Məryəm” filminin yaradıcı heyəti Bakıya gəlib
# 18 iyul 2012 10:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Türkiyənin tanınmış kino xadimləri, bir çox seriallardan tanıdığımız aktyorlar Bakıya gəliblər. APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerli media mənsubları tərəfindən qarşılanan aktyorlar, xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyni adlı filmdə rol adlıqları üçün sevincli olduqlarını dilə gətiriblər. Filmin rejissoru Mehmet Ada Öztekinin, prodüseri Sevda Kayğısızın da daxil olduğu heyətdə, Mahmud rolunun ifaçısı “Öyle bir geçər zaman ki...” teleserialında Mete rolunu canlandıran Aras Bulut, Məryəm rolunu canlandıracaq qazaxıstanlı Eva Dedova da var. Bakıya gələn heyətdə Tomris İncer, Mehmet Çevik, Polat Bilgin, Şafak Başkaya, Kristina Krepela, Açelya Özcan, İlker Kizmaz, Mert Öcal və qonaq oyuncu Cemal Hünal da təmsil olunub.

Filmdə keşiş rolunu canlandıracaq Mehmet Çevik, bu obrazın onun yaradıcılığında yeni xətt olduğunu açıqlayıb: “Yaradıcılığım boyu ilk dəfədir keşiş obrazında çıxış edəcəyəm. Bu mənim özüm üçün də bir yenilikdir və fərqli bir obrazdır. Ümid edirəm ki, tamaşaçılar məni keşiş obrazında da bəyənəcəklər. Filmdə rol aldığım üçün də çox sevincliyəm, hər bir halda bu Azərbaycanın adı ilə bağlıdır”.

Tomris İncer də öz növbəsində “Mahmud və Məryəm” filmində oynamaqdan məmnunluğunu ifadə edib: “Bildiyiniz kimi, filmin yaradıcı heyəti bir müddətdən sonra dəyişdi. Məni bu rola əvvəlki rejissor təyin etmişdi. Rejissor dəyişdikdən sonra isə artıq bu rola o qədər öyrəşmişdim ki, rejissordan özüm məni bu rola salmağımı xahiş etdim”.

Filmdə Azərbaycan aktyorlarından Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Murad Abdullayev, Ramiz Məlikov rol alacaqlar. “Mahmud və Məryəm”in çəkilişlərinə iyulun 20-də Şəkidə start veriləcək. Filmin çəkilişləri Azərbaycanla yanaşı, Türkiyədə də aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR