Azərbaycan elektron hökumət quruculuğuna görə 96-cı yerdədir

Azərbaycan elektron hökumət quruculuğuna görə 96-cı yerdədir
# 07 mart 2012 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan elektron hökumət quruculuğuna görə 2012-ci ildə 193 ölkə arasında 96-cı yeri tutub.

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bu göstərici BMT-nin İqtisadi və Sosial İnkişaf Departamentinin «E-idarəçilik 2012» hesabatında açıqlanıb.

Bu hesabatda ictimai xidmətlərin təmin edilməsində İKT-dən istifadə üzrə dövlət orqanlarının hazırlığı və imkanları qiymətləndirilib. Burada ölkələrin reytinqi 3 əsas komponentə əsaslanaraq sıralanıb. Bura «online» xidmətlərin miqyası və keyfiyyəti, İKT infrastrukturu və insan kapitalının inkişaf səviyyəsi daxildir.

«E-hökumət»in hazırlıq reytinqinə görə 1-ci yeri Cənubi Koreya tutub. İlk beşliyi isə müvafiq olaraq Hollandiya, Britaniya, Danimarka və ABŞ tamamlayır. Keçmiş Sovet İttifaqı ölkələri arasında ən yaxşı göstərici Estoniya (20 yer), Rusiya (27) və Litvadadır (29).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR