“Microsoft”son 20 ildə ilk dəfə olaraq rübü zərərlə başa vuracaq

“Microsoft”son 20 ildə ilk dəfə olaraq rübü zərərlə başa vuracaq
# 03 iyul 2012 11:30 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ-ın “Microsoft” korporasiyası cari maliyyə ilinin IV rübünün mənfəətindən 6,2 mlrd. silməyə hazırlaşır.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, internet sektoruna uğursuz investisiyalar ona gətirib çıxarıb ki, şirkət son 20 ildə ilk dəfə olaraq rübü zərərlə başa vuracaq.

Analitiklərin fikrincə, cari maliyyə ilinin son üç ayında “Microsoft”un mənfəəti 5,3 mlrd. dollar təşkil edəcək. Şirkət rüblük hesabatını iyulun 19-da açıqlayacaq.

Qeyd edək ki, əsası 1975-ci ildə qoyulan “Microsoft Corp.” şirkəti proqram təminatı istehsalı, persona kompyuter və serverlər üçün internet texnologiyalarının işlənməsi üzrə ixtisaslaşıb. “Microsoft”un məhsulları, o cümlədən dünyada məşhur olan “Windows” əməliyyat sistemi dünyanın 80-dən artıq ölkəsində satılır, 45-dən artıq dilə tərcümə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR