Azərbaycan çempionatının reqlamentində dəyişiklik edilib

Azərbaycan çempionatının reqlamentində dəyişiklik edilib
# 20 fevral 2012 10:19 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının reqlamentində dəyişiklik edilib. Bu barədə apasport.az saytına Voleybol Federasiyasının yerli yarışlar üzrə koordinatoru Oqtay Musayev məlumat verib.

O bildirib ki, növbəti mərhələyə ötən mövsüm olduğu kimi, bu dəfə 4 komanda yüksəlməyəcək: “Bununla bağlı keçirilən iclasda bu dəfə növbəti mərhələyə 5 komandanın yüksəlməsi qərara alınıb. Bu da ondan irəli gəlir ki, Azərbaycan avrokuboklara 5 klubla qatılır və final mərhələsində oynamayan komanda beynəlxalq yarışlara qatıla bilməz. Bunun üçün ötən mövsümkü reqlamentdə dəyişiklik etdik”.

Musayevin sözlərinə görə, pley-off birbaşa final mərhələsini əvəzləyəcək və burada çempionatının II dövrəsinin ilk “beşliy”ində yer alacaq komandalar mübarizəyə xalsız başlayacaqlar. Yarış 2 turdan ibarət olacaq. I turda komandalar bir-birləri ilə Qubada, ardınca isə Bakıda qarşılaşacaqlar.

Yekunda ən çox xal toplayan klub Azərbaycan çempionu olacaq. Burada əgər xallar bərabər olarsa, setlər, onlar da eyni olarsa, top fərqi əsas götürəcək.

Qeyd edək ki, final mərhələsinin apreldə keçirilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR