Bu il Azərbaycanda təkrəqəmli inflyasiya gözlənilir

Bu il Azərbaycanda təkrəqəmli inflyasiya gözlənilir
# 27 fevral 2012 10:59 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın «2011-ci il üzrə Pul siyasəti İcmalı»nda deyilir və qeyd olunur ki, dünya iqtisadiyyatında inflyasiya proseslərinin güclənməsi və məcmu tələbin canlanması fonunda ölkədə makroiqtisadi sabitliyin qorunması təmin edilib.

Qeyd edək ki, 2011-ci ildə orta ilik inflyasiya 7,9% təşkil edib ki, bu da əsasən ilin birinci yarısında beynəlxalq əmtəə bazarlarında qiymətlərin, xüsusilə ərzaq qiymətlərinin artımından təsirlənib. Qeyri-ərzaq malları üzrə orta illik inflyasiya 2,6%, ilin əvvəlinə nisbətən isə 1,2% olub. Xidmətlər üzrə isə qiymətlər ilin əvvəlinə nisbətən 5,1% bahalaşıb, orta illik inflyasiya isə 4,7% olub.

İcmalda deyilir ki, ümumilikdə, ötən il ərzində inflyasiyanın dekompozisiyası üzrə təhlil göstərir ki, qiymətlər əsasən ərzaq mallarının bahalaşması hesabına yüksəlib. Belə ki, 2011-ci ildə orta illik inflyasiyanın 5,7 faiz bəndi ərzaq məhsulları, 0,7 faiz bəndi qeyri-ərzaq malları və 1,5 faiz bəndi xidmətlərin bahalaşması ilə əlaqədar olub.

Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, dünya bazarında ərzaq qiymətlərinin hər 10%-lik dəyişməsi Azərbaycanda ərzaq qiymətlərini 3,2% dəyişdirir.

Həmçinin qeyd edilir ki, 2011-ci ildə ticarət tərəfdaşlarındakı inflyasiya Azərbaycandakı inflyasiyanı 1,7 faiz bəndi üstələyib.

İcmala əsasən, 2012-ci ildə bütün ölkə qrupları üzrə inflyasiyanın azalacağı ehtimal olunur ki, bu da dünyada ərzaq qiymətlərinin azalması və neftin qiymətində sabitliklə izah oluna bilər. Ümumilikdə, 2012-ci ildə Azərbaycanda inflyasiyanın təkrəqəmli olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR