Səfir Li Dji Xa: “Koreya şirkətlərinin energetika sahəsində ən müasir texnologiyalara malik olduğunu nəzərə alsaq, hesab edirəm ki, Koreya bu sahədə Azərbaycanın ideal tərəfdaşı ola bilər”

Səfir Li Dji Xa: “Koreya şirkətlərinin energetika sahəsində ən müasir texnologiyalara malik olduğunu nəzərə alsaq, hesab edirəm ki, Koreya bu sahədə Azərbaycanın ideal tərəfdaşı ola bilər”
# 13 fevral 2012 08:37 (UTC +04:00)
Bu fikirləri APA-ya müsahibəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Li Dji Xa deyib.

Onun sözlərinə görə, artıq bir neçə Koreya şirkəti neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinə, həmçinin AGRİ layihəsinə cəlb olunub: “Koreyanın bir çox şirkətlərinin energetika sahəsində dünya səviyyəli texnologiyalara malik olduğunu nəzərə alsaq, hesab edirəm ki, Koreya bu sahədə Azərbaycanın ideal tərəfdaşı ola bilər. Ölkəmizin yeni və bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşmış şirkətləri, o cümlədən Hanwha, Iian Tech и SK C & C Azərbaycanla əməkdaşlıqda maraqlıdır. 2009-cu ilin dekabrında mən öz etimadnaməmi Azərbaycan prezidentinə təqdim edərkən, cənab prezident bu sahədə əməkdaşlığı daha da inkişaf etdirməyi tapşırdı. Bununla da mən, Koreyanın Azərbaycanda diplomatik missiyasının rəhbəri kimi yeni və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirməkdə davam edirəm. Koreya səfirliyi və Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ötən ilin noyabrında alternativ və bərpa olunan enerji mənbələrinə həsr olunmuş seminar keçirib. O vaxtdan biz mütəmadi görüşlər keçirir və tezliklə konkret nəticələr görməyə, məsələn Koreya şirkətlərinin eksperimental kompleksin tikintisində iştirakına ümid bəsləyirik”.

Səfir Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının yaradılması məsələsinə də toxunub: “Koreya öz tərəfindən lazımi proseduraları ötən ilin oktyabrında başa çatdırıb və ümidvarıq ki, Azərbaycan hökuməti də zəruri proseduraları bu il yekunlaşdıracaq. İqtisadi əməkdaşlıq üzrə saziş imzalandıqdan sonra ümidvaram ki, biz hökumətlərarası komissiyanın ilk iclasını bu il keçirə biləcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR