Kazbek Tuayev: “Anlaşılmazlığa görə üzr istəyirəm”

Kazbek Tuayev: “Anlaşılmazlığa görə üzr istəyirəm”
# 13 mart 2012 16:05 (UTC +04:00)
Bakı – APA. “Mən Gürcüstan və Azərbaycanın 2020-ci il Avropa çempionatını birgə keçirməklə bağlı sualı düzgün başa düşməmişəm. Elə fikirləşirdim ki, söhbət ölkə çempionatlarının birgə keçirilməsindən gedir. 2020-ci il Avropa çempionatını Gürcüstanla birgə təşkil etmək yaxşı ideyadır və bunu dəstəkləyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.

Tuayev bir müddət öncə apasport.az saytına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərdə anlaşılmazlıq olduğunu bildirib: “Mənim heç bir ölkəni təhqir etmək fikrim olmayıb. Elə başa düşmüşəm ki, söhbət Azərbaycanla Gürcüstanın birgə ölkə çempionatı keçirməyindən gedir. Əgər siz 2020-ci il Avropa çempionatını nəzərdə tutmusunuzsa, əksinə, mən bunu məmnuniyyətlə dəstəkləyirəm. Məgər kimdənsə zəifik? Biz Avropa çempionatını keçirə bilərik. Bir daha təkrar edirəm ki, bizim güclü prezidentimiz, idman nazirimiz və futbol federasiyamız var. Ölkəmizdə Avropa çempionatını təşkil etmək üçün hər cür şərait mövcuddur. Mənim bu məsələyə qarşı çıxmaq fikrim olmayıb. Mən kiməm ki, dövlət səviyyəsində həll olunan məsələyə müdaxilə edim?”

Tuayev yaranan anlaşılmazlığa görə üzr də istəyib: “Mənim Gürcüstan dövlətinə böyük hörmətim var. 2 qardaşım Gürcüstandadır, doğma bibim orada yaşayıb. Bacımın həyat yoldaşı İosif Stalinin vaxtında Gürcüstanın Ali Şurasında rəhbər vəzifədə olub. Bu ölkədə futbol oynayan qohumlarım var. Belə olan halda, gürcülər haqda necə pis sözlər deyə bilərəm? Bundan söhbət belə gedə bilməz. Sadəcə, burada anlaşılmaz yaranıb və mən düzgün başa düşməmişəm. Heç kimi təhqir etmək fikrim olmayıb. Anlaşılmazlığa görə üzr istəyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR