Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutublar

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutublar
# 05 may 2012 07:23 (UTC +04:00)
Bakı – APA. Ermənistan Ordusunun bölmələri mayın 4-də saat 13.35-dən 13.37-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.40-dan 13.45-dək və 23.25-dən 23.40-dək Füzuli rayonunun Horadiz, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 09.50-dən 09.55-dək, 14.50-dən 14.55-dək, mayın 5-də 01.30-dan 01.35-dək və 05.00-dan 05.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.35-dən 01.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.45-dən 02.50-dək və 04.00-dan 04.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR