«Eurovision 2012» mahnı müsabiqəsinin II yarımfinalında iştirak edəcək növbəti 10 ölkənin məşqi uğurla baş tutub

«Eurovision 2012» mahnı müsabiqəsinin II yarımfinalında iştirak edəcək növbəti 10 ölkənin məşqi uğurla baş tutub
# 16 may 2012 20:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Bu gün “Eurovision 2012” mahnı müsabiqəsinin II yarımfinalında iştirak edəcək növbəti 10 ölkənin məşqi baş tutub. APA-nın məlumatına görə, həmin ölkələrin təmsilçiləri sırasına bu dəfə Eva Boto (Sloveniya), Nina Badriç (Xorvatiya), Loreen (İsveç), Anri Joxadze (Gürcüstan),Can Bonomo (Türkiyə), Ott Lepland (Estoniya ), Max Jason Mai (Slovakiya), Tooji (Norveç), Maya Sar (Bosniya və Herseqovina), Donny Montell (Litva) daxil olub. Səhər 11:00-dan başlayan məşqlərdə hər bir ölkə təmsilçisi müsabiqə mahnıları ilə “Baku Crystal Hall”ın səhnəsində öz yerlərini tutub. Təmsilçilər ardıcıllıqla 4 dəfə olmaqla ifa etdikləri mahnılarını məşq etdikdən sonra yerlərini Mətbuat Mərkəzində alıblar. Jurnalistlərin suallarına cavab verən təmsilçilərin bəzisi hətta canlı olaraq mahnılarda ifa ediblər. Mətbuat konfransında ən maraqlı məqamlardan biri isə Türkiyə təmsilçisi ilə keçirilən görüş olub. Təmsilçi bugünkü ad gününü məhz səhnədə, möhtəşəm musiqi yarışması çərçivəsində Bakıda keçirdiyi üçün xoşbəxt olduğunu dilə gətirib. Bakı səhnəsində özünü və ölkəsini uğurlu təqdim etmək üçün əlindən gələni edəcəyini də xüsusi ilə vurğulayıb. Mərakeş əsilli İsveç təmsilçisi Loreenin də jurnalistlər keçən görüşü maraqla qarşılanıb. Digər təmsilçilərdən fərqli olaraq səhnəyə tək çıxmasını isə, Loreen onunla əsaslandırıb ki, o güclü səsə malikdir və mərkəzdə yalnız özünü görmək istəyir. Beləliklə hər iki yarımfinallarda iştirak edəcək təmsilçilər ilk məşqlərini uğurla başa vurdular. Sabah isə 1-ci yarımfinalın iştirakçıları 2-ci məşqlərini keçirmək üçün yenidən “Bakı Kristal Zal”ın səhnəsində eyni ardıcıllıqla səhnəyə çıxacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR