Rumıniyanın “Eurovision-2012” təmsilçisi “Mandinga” qrupu Bakıdadır

Rumıniyanın “Eurovision-2012” təmsilçisi “Mandinga” qrupu Bakıdadır
# 19 iyun 2012 11:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rumıniyanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil edən “Mandinga” qrupu Bakıya gəlib. APA-nın məlumatına görə, qrupun Azərbaycana səfərinin məqsədi Azərbaycan və Rumıniyanın diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunmuş tədbirdə çıxış etməkdir. Qrup üzvləri bu gün eyni zamanda yerli KİV nümayəndələri ilə də görüşü təşkil olunacaq. Qrup üzvləri Bakıya gəlməmişdən öncə facebook sosial şəbəkəsindəki səhifələrində Azərbaycanda çoxsaylı dostlar qazandıqlarını və bu səfər ərzində onlarla görüşəcəklərinin bəyan ediblər.
“Mandinga” qrupu 57-ci “Eurovision” mahnı müsabiqəsində 26 ölkə arasında 14-cü olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR