Filipp Kirkorov Bakıda iki gün konsert verəcək

Filipp Kirkorov Bakıda iki gün konsert verəcək
# 04 oktyabr 2012 09:41 (UTC +04:00)
Tamaşaçı marağının çox olması ilə əlaqədar konsertin müddəti bir gün də artırılıb

Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun Bakıdakı solo konsertinin müddəti daha bir gün artırılıb. Müğənni Heydər Əliyev Sarayında noyabrın 8-9-da solo konsert proqramı ilə çıxış edəcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki günlük konsert “3D şou” adı altında gerçəkləşəcək. Sözügedən konsertə marağın çox olması ilə əlaqədar olaraq proqramın iki gün keçirilməsinə qərar verilib. Rusiyalı müğənninin noyabrın 9-da verəcəyi konsertin bütün biletləri artıq satılıb. Bu gündən etibarən isə noyabrın 8-ə olan biletlər satışa çıxarılıb. Biletlərin qiyməti 45-250 manat arasındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR