Məktəblilərin «Şahinlər» yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib - FOTOSESSİYA

Məktəblilərin «Şahinlər» yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 30 iyul 2012 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakıda Səbail rayon İcra hakimiyyətinin təşəbbüsü, Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Quba rayon İcra Hakimiyyəti və “Çağ Öyrətim” şirkətinin birgə layihəsi olan «Şahinlər» yay istirahət düşərgəsinə məktəblilərin yola salınma mərasimi keçirilib. APA-nın məlumatına görə, bu münasibətlə Sahil bağında tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ənənə halını almış və artıq yeddinci dəfədir keçirilən düşərgədə Qarabağ müharibəsi əlilləri, veteranları, aztəminatlı ailələr və «SOS Azərbaycan» uşaq kəndində tərbiyə alan 250 yeniyetmə iştirak edəcək.

Ombudsman Elmira Süleymanova isə aztəminatlı uşaqlar üçün bu tip düşərgələrin təşkilinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Düşərgədə iştirak edən uşaqlar xüsusi geyim və forma, lazımi ləvazimatlarla təmin olunub. Hərbiləşmiş düşərgə üçün Daxili Qoşunların zabit və çavuşları təhkim edilib. Uşaqlar üçün məşğələlər hərbi nizamnaməyə uyğun təşkil olunacaq. Düşərgənin mühafizəsi və təhlükəsizlik məsələləri Daxili Qoşunlar tərəfindən həyata keçiriləcək. Uşaqlar Qubanın görməli və tarixi yerlərinə ekskursiyaya çıxacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR