Anjelina Coli BMT-nin qaçqınlar üzrə xüsusi səfiri təyin olunub

Anjelina Coli BMT-nin qaçqınlar üzrə xüsusi səfiri təyin olunub
# 17 aprel 2012 15:13 (UTC +04:00)
APA-nın məlumatına görə, aktrisa formal olaraq BMT-nin Qaçqınlarla İş üzrə Komissarlığının rəhbəri Antonio Quterresin rəhbərliyi altında işləyəcək. BMT-dən bildiriblər ki, Anjelina Coli son illər aktiv şəkildə dünya ölkələrinə səyahət edərək bədbəxtliklə üzləşmiş insanlara kömək edir. Buna görə də BMT Anjelina Colinin səlahiyyətlərini artırmaq qərarına gəlib. Aktrisa yeni vəzifədə müxtəlif ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirəcək, təkcə xeyriyyəçiliklə deyil, diplomatiya ilə də məşğul olacaq. Xatırladaq ki, Anjelina Coli buna qədər on ildən artıqdır ki, BMT-nin xoşməramlı səfiri statusu daşıyırdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR