ABŞ Türkiyənin İrandan neft idxalını azaltmaq barədə qərarını dəstəkləyir

ABŞ Türkiyənin İrandan neft idxalını azaltmaq barədə qərarını dəstəkləyir
# 02 aprel 2012 13:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ Türkiyənin İrandan neft idxalını azaltmaqla bağlı qərarını dəstəkləyir.

APA-nın məlumatına görə, bunu “Suriyanın dostları” qrupuna daxil olan ölkə və beynəlxalq təşkilatların İstanbulda keçirilən konfransında iştirak edən ABŞ dövlət katibi Hillari Klinton deyib.

Türkiyə neft ehtiyacının 1/3-ni İran nefti ilə təmin edir. Bu ölkənin “Tupras” neft emalı şirkəti İrandan neft idxalını 20% azaldacağını açıqlayıb.

Qeyd edək ki, “Suriyanın dostları” qrupuna daxil olan ölkə və beynəlxalq təşkilatların konfransı 2012-ci il aprelin 1-də İstanbulda başlayıb. Tədbirdə ABŞ, Fransa və Qətər də daxil olmaqla 82 ölkənin nümayəndəsi iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR