Azərbaycanın şimal bölgəsində baş verən yol qəzalarında 2 nəfər ağır xəsarət alıb

Azərbaycanın şimal bölgəsində baş verən yol qəzalarında 2 nəfər ağır xəsarət alıb
# 16 mart 2012 15:22 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Gəndob-Yalama yolunun 25-ci kilometrliyində və Bakı-Quba- Rusiya Federasiyası yolunun 155-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini Elvin Məmmədovun idarə etdiyi 27-BH-040 dövlət nömrə nişanlı “VAZ 21 099” markalı avtomobil arxadan hərəkət edən Xaçmaz rayon sakini Valeh Balabəyovun idarə etdiyi, 10-MG-330 dövlət nömrə nişanlı “LEXUS” markalı maşın tərəfindən vurulub. Qəza nəticəsində “VAZ 21 099”un sərnişini - Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Aygün İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qubadan Bakı istiqamətində hərəkət edən, Xaçmaz rayonunun Yergüc kənd sakini, 24 yaşlı Əlpaşa Həmzəyevin idarə etdiyi, 27-BH-670 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili yolun kənarında dayanan, Quba rayon sakini, 47 yaşlı Bəxtiyar Aslanovun idarə etdiyi 40-BF-694 dövlət nömrə nişanlı, “VAZ 21 011” markalı avtomobili vurub. Nəticədə “VAZ 21 011” markalı avtomobildə olan sərnişin - 39 yaşlı Quba şəhər sakini Arzu Məhərrəmova müxtəlif dərəcəli bədən xəsarəti alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, paytaxtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.
Hər iki faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR