Türkiyədən Azərbaycana qanunsuz yolla silah gətirməyə cəhd edən şəxs saxlanıb

Türkiyədən Azərbaycana qanunsuz yolla silah gətirməyə cəhd edən şəxs saxlanıb
# 03 avqust 2012 16:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan gömrükçüləri Türkiyədən ölkəyə silah gətirilməsinin qarşısını alıblar. Bu barədə APA Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumat verib.

Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Mahir Rəfili gömrük nəzarətindən “yaşıl kanalla” keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq şifahi qaydada sorğu-sual edilib. Onun yüklərinə keçirilən baxış zamanı karton qutunun içərisindən gömrük nəzarətinə təqdim olunmayan, gömrük baxışından əvvəl nə yazılı, nə şifahi, nə də elektron formada bəyan edilən - 9 ədəd “beşbarmaq”, 4 ədəd metal dəyənək, 4 ədəd elektroşoker, 2 ədəd gözyaşardıcı qaz balonu və 1 ədəd qatlanan bıçaq aşkarlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR