Yəmənin fəxri prezidenti Vətənə qayıdıb

Yəmənin fəxri prezidenti Vətənə qayıdıb
# 25 fevral 2012 07:39 (UTC +04:00)
Bakı – APA. Yəmənin fəxri prezidenti Əli Abdulla Saleh ABŞ-da keçdiyi müalicə kursunu başa vuraraq Vətənə dönüb. APA-nın «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 28-dən ABŞ-da müalicə olunan sabiq prezident ötən gün Sanadakı iqamətgahına qayıdıb.

Xatırladaq ki, 1978-ci ildən hakimiyyətdə olan Ə.A.Saleh ötən ilin iyun ayında ölkədəki müxalifətlə davam edən silahlı qarşıdurma nəticəsində ağır yaralanır və müalicə üçün Səudiyyə Ərəbistanına yollanır. Yəmənə dövlət başçısı sentyabrda qayıdıb və bir neçə həftə sonra hakimiyyətin təhvil verilməsi haqqında sənədləri imzalayıb. Bunun əvəzində isə Saleh şəxsi təhlükəsizliyinə dair zəmanət alıb. Yeni dövlət başçısı seçilənə qədər isə o, «fəxri prezident» statusunda işini davam etdirir.

Qeyd edək ki, fevralın 21-də ölkədə yeni prezident seçkiləri keçirilib və prosesdə yeganə namizəd kimi iştirak edən hazırkı vitse-prezident Əbdurab Mənsur Hadi qalib gəlib. Artıq bu gün yeni prezidentin andiçmə mərasimi, fevralın 27-də isə inauqurasiya mərasimi keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR