Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni rəhbərləri təyin olunub

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni rəhbərləri təyin olunub
# 01 oktyabr 2012 13:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) iclasında parlamentin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

APA-nın xəbərinə görə, iclasda həmçinin «Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında» Milli Məclisin qərarına dəyişiklik və əlavə edilib.

Dəyişiklik və əlavəyə əsasən, Azərbaycan-Çili parlamentlərarası İşçi qrupunun sədri Muxtar Babayev, Azərbaycan-Peru parlamentlərarası İşçi qrupunun sədri Hacı Salayev, Azərbaycan-Uruqvay parlamentlərarası İşçi qrupunun sədri isə Cavanşir Feyziyev təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR