Almaniya Bundestaqının komitə sədri Milli Məclisdə olub

Almaniya Bundestaqının komitə sədri Milli Məclisdə olub
# 08 iyun 2012 13:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Bakıda səfərdə olan Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri, AFR-in hakim CSU partiyasının üzvü Ruprext Polens ilə görüşüb. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Seyidov Azərbaycan-Almaniya münasibətlərinin inkişafından söz açıb və Azərbaycanda Almaniya ilə hərtərəfli əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini söyləyib. S. Seyidov bu prosesdə Milli Məclislə Bundestaqın əlaqələrinin vacibliyini vurğulayıb, qanun yaradıcılığı prosesində təcrübə mübadiləsinin səmərəliliyini qeyd edib.

R. Polens regionda aparıcı dövlət olan Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb. O, parlamentlərin və deputatların əməkdaşlığının hər iki ölkəyə fayda gətirdiyini bildirib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

Görüşdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR