Azərbaycanda bir qardaşı qətlə yetirib, digərini yaralayan hərbçinin apellyasiya məhkəməsi başlayıb

Azərbaycanda bir qardaşı qətlə yetirib, digərini yaralayan hərbçinin apellyasiya məhkəməsi başlayıb
# 24 avqust 2012 09:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində qısqanclıq zəminində qətl hadisəsi törədən Salyan rayon sakini, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Miryəhya Sadıqovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə baxış iclası sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 17-də axşam saatlarında Salyan şəhəri, 20 Yanvar küçəsində yaşayan 1975-ci il təvəllüdlü Miryəhya Mirnadir oğlu Sadıqov həmin küçədə yaşayan qonşuları Rafiq və Natiq Hacızadə qardaşlarını bıçaqla vurub.

Ürəyindən bıçaq yarası alan 1973-cü il təvəllüdlü Rafiq Hacızadə hadisə yerində dünyasını dəyişib, döş qəfəsindən 4 bıçaq yarası almış digər qardaş, 1967-ci il təvəllüdlü Natiq Hacızadə isə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Miryəhya Sadıqov könüllü olaraq özü polisə təslim olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib.

Cəlilabad rayon Hərbi Məhkəməsinin hökmü ilə Miryəhya Sadıqova 13 il cəza təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR