Dow Jones indeksi 0,9%, S&P 500 0,7%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,7%, Nasdaq 0,7% enib
# 24 avqust 2012 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 13 058 bəndədək, S&P 500 0,7% - 1 402 bəndədək, Nasdaq isə 0,7% - 3 053 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə əmək bazarı barədə mənfi statistika təsir edib.

Avropa fond bazarlarında avqustun 23-də FTSE 100 indeksi 0,04% - 5 777 bəndədək yüksəlib, Almaniya DAX-ı 1,0% - 6 950 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 433 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 668,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2555 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR