Kazım Cəlali: «Altılıq» ölkələri İrana qarşı sanksiyaların ləğvini gündəmə gətirərək xalqımızın etimadını qazanmalıdırlar

Kazım Cəlali:  «Altılıq» ölkələri İrana qarşı sanksiyaların ləğvini gündəmə gətirərək xalqımızın etimadını qazanmalıdırlar
# 27 aprel 2012 20:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Bağdad görüşündə “altılıq” ölkələri İrana qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələri davam etdirsələr, regional və beynəlxalq potensiallar barədə danışmaq olar”. APA-nın məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali deyib. O bildirib ki, Qərb ölkələri İrana qarşı sanksiyaların və təhdidlərin nəticəsiz olduğunu dərk ediblər: “Ona görə də qarşı tərəf İran xalqının etimadını qazanmağa çalışmalıdır. İstanbul müzakirələrində İranın nüvə hüququ uğrunda şərəfli danışıq aparıldı. Bağdad görüşündə “altılıq” ölkələri Tehrana qarşı siyasi və iqtisadi sanksiyaların ləğvini gündəmə gətirərək İranın etimadını qazanmalıdırlar”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti görüş mayın 23-də İraqın paytaxtı Bağdad şəhərində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR