Azərbaycanın təhsil müəssisələrində Şuşanın işğalının 20-ci ildönümü qeyd ediləcək

Azərbaycanın təhsil müəssisələrində Şuşanın işğalının 20-ci ildönümü qeyd ediləcək
# 01 may 2012 15:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planını təsdiq edib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazirin imzaladığı əmrə əsasən Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərlərinə tədbirlər planının icrasını təmin etmək tapşırılıb.

Tədbirlər planına ali təhsil müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına dair beynəlxalq elmi-praktiki konfransların keçirilməsi, təhsil müəssisələrində işğalın 20-ci ildönümünə həsr olunmuş xüsusi dərsin, xatirə gecələrinin keçirilməsi, foto və rəsm sərgilərinin təşkili, həmçinin Şuşaya dair Facebook, Tvitter və digər sosial şəbəkələrdə “İşğala- yox!” təbliğat kampaniyalarında şagird, tələbə və müəllimlərin fəal iştirakının təmin edilməsi daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR