Təhsil Nazirliyi sistemi üzrə doktoranturaya qəbulun nəticələri dekabrın 1-də açıqlanacaq

Təhsil Nazirliyi sistemi üzrə doktoranturaya qəbulun nəticələri dekabrın 1-də açıqlanacaq
# 06 noyabr 2012 13:21 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova məlumat verib. O bildirib ki, oktyabrın 22-də başlayan imtahanlar noyabrın 22-dək davam edəcək. G.Hüseynovanın sözlərinə görə, imtahanların nəticələrinə hər bir təhsil müəssisəsində yaradılan qəbul komissiyası və doktorantura şöbəsində baxılır: “İmtahanlar başa çatdıqdan sonra nəticələr birgə təhlil ediləcək və qəbul imtahanlarının nəticələri dekabrın 1-də açıqlanacaq. Gələn il əvvəlindən isə doktoranturaya qəbul olanlar tədrisə başlayacaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR