İranın daxili işlər naziri Ermənistan parlamentinin sədri ilə görüşüb

İranın daxili işlər naziri Ermənistan parlamentinin sədri ilə görüşüb
# 10 iyul 2012 13:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Ermənistanda səfərdə olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bu ölkə parlamentinin sədri Ovik Abramyanla görüşüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, görüşdə parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın güclənməsində böyük rol oynadığı bildirilib. M. Nəccar deyib ki, İranla Ermənistan xalqları arasında tarix boyu yaxşı əlaqələr olub: “Ümid edirəm ki, mövcud olan bu gözəl əlaqələr iki ölkə xalqlarının seçdiyi idarəçilər tərəfindən daha da irəliyə doğru aparılar”.

O. Abramyan isə öz növbəsində vurğulayıb ki, İran xalqı və hökumətinin səmimi və dostanə rəftarı nəticəsində iki ölkə arasında iqtisadi, ticari və digər sahələrdə əlaqələr inkişaf edir və İrəvan hər sahədə Tehranla əməkdaşlığa hazırdır: “Biz də Ermənistan parlamenti olaraq iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər cür addım atmağa hazırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR