“Sepah”ın Hərbi-Dəniz Qüvvələri komandanının müavini: “ABŞ Fars körfəzindəki minalarımızı təmizləyə bilməz”

“Sepah”ın Hərbi-Dəniz Qüvvələri komandanının müavini: “ABŞ Fars körfəzindəki minalarımızı təmizləyə bilməz”
# 19 iyul 2012 11:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “ABŞ Fars körfəzindəki minalarımızı təmizləyə bilməz”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hərbi-Dəniz Qüvvələri komandanının müavini, admiral Mahmud Fəhimi bildirib.

Onun sözlərinə görə, minaların təmizlənməsi asan iş deyil: “Bir çox ölkə bu məsələdə müvəffəqiyyətli ola bilməyib. Ancaq bizim bu sahədə heç bir problemimiz yoxdur. Çünki xeyli sayda mütəxəssislərimiz var. ABŞ-ın bölgəyə yeni mina təmizləyən qurğular göndərməsi və Hörmüz boğazının bağlanılmasına əngəl törədəcəyi ilə bağlı iddialar boş şeydir. ABŞ çox danışır, ancaq praktikada heç bir şey bacara bilmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR