Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya faktı aşkar edilən dövlət qurumlarının adlarını açıqlayıb
18 iyul 2012 10:49 (UTC +04:00)
APA-nın məlumatına görə, idarənin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hesabat dövründə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə bütün sahələr üzrə şikayətlər daxil olub. Daxil olan şikayətlər əsasında əhalinin sosial müdafiəsi sahəsi üzrə 20 şəxs barəsində 5 cinayət işi, təhsil sahəsində 7, təbiətin mühafizəsi sahəsində 5, yerli icra hakimiyyətləri ilə bağlı 5, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlı 2, bələdiyyələrlə bağlı 3, səhiyyə sahəsi üzrə 2, mənzil kommunal təsərrüfatı ilə bağlı 1, mədəniyyət və turizm sahəsi üzrə 5, rabitə sahəsi üzrə 1, nəqliyyat sahəsində 1, kənd təsərrüfatı sahəsi üzrə 5, banklarla bağlı 4, iqtisadi fəaliyyət sahəsi üzrə 3, polislə bağlı 3, özəl sahə ilə bağlı 17, prokurorluqla bağlı 2 cinayət işi istintaq edilərək baxılması üçün məhkəmələrə göndərilib.
K. Əliyev bir daha bəyan edib ki, respublikada korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır: “Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət səviyyəsində ciddi işlər görülür. Hansı vəzifədə və harada işləməyindən asılı olmayaraq korrupsiya cinayəti törədən şəxslərə qarşı tədbirlər davam etdiriləcək”.

Hadisə
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024
Bakıda müxtəlif ünvanlara narkotik yerləşdirərək İran vətəndaşına məlumat verməli olan kuryerlər saxlanılıb
18:23
8 may 2024