Azərbaycan və Cənubi Koreya arasında ticarət dövriyyəsinin həcmi 650 mln. dollara çatıb - FOTO

Azərbaycan və Cənubi Koreya arasında ticarət dövriyyəsinin həcmi 650 mln. dollara çatıb - <font color=red>FOTO</font>
# 18 oktyabr 2012 15:40 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Koreya və Azərbaycanın siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığı yüksək səviyyədə davam edir.

APA-nın məlumatına görə, bu barədə Cənubi Koreyanın Azərbaycana yeni təyin olunmuş səfiri Çoi Suk İn jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

Səfir hər iki ölkənin rəsmilərinin qarşılıqlı səfərlərini qeyd edərək bildirib ki, Cənubi Koreya və Azərbaycanın müvafiq qurumları əməkdaşlığın genişləndirilməsi istiqamətində mütəmadi müzakirələr aparır.

Hazırda iki ölkə arasında 40-a qədər sənədin imzalandığını bildirən səfir bunun iki ölkə arasında geniş əməkdaşlığa yol açdığını vurğulayıb. O qeyd edib ki, iki ölkə müdafiə sahəsində əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılır: “Bu yaxınlarda Azərbaycanın Koreyadakı səfirliyinə hərbi attaşe təyin olunub və gələcəkdə Koreyanın Azərbaycandakı səfirliyinə də hərbi attaşenin təyin olunması bu sahədə əməkdaşlığın yaradılmasına təkan verəcək”.

İqtisadi əlaqələrdən danışan Çoi Suk İn bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 650 mln. dollara çatıb: “Koreya Azərbaycana əsasən avtomobil və plastik və elektron məhsullar, Azərbaycan isə Koreyaya neft, alüminium və mis məhsulları ixrac edir. Koreya şirkətləri 2008-ci ildən bəri Azərbaycana 150 mln. dollar investisiya qoyublar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR