İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
# 12 oktyabr 2012 23:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana səfər edəcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, səfərdə məqsəd oktyabrın 14-də Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində Ə. Salehi Azərbaycan və digər ölkələrin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR