Elşad İskəndərov: “Dini kontingentlə daha aktiv iş aparmaq lazımdır”

Elşad İskəndərov: “Dini kontingentlə daha aktiv iş aparmaq lazımdır”
# 23 iyun 2012 10:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Bununla əlaqədar Komitə tərəfindən bir sıra tədbirlərin hazırlandığını qeyd edən E. İskəndərovun sözlərinə görə, artıq Ramazan ayı ilə bağlı tədbirlər qrafiki tərtib olunub.

E. İskəndərov qarşıdakı dövrdə Komitənin internet və sosial şəbəkələr üzərində fəaliyyətinin gücləndiriləcəyini vurğulayıb: «Eyni zamanda sosial şəbəkələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin loqosunun hazırlanması üçün elan vermişik. İctimaiyyətin təqdim etdiyi loqonu simvol olaraq seçəcəyik. Maarifləndirmə işlərinə də tərəfimizdən geniş diqqət ayrılacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR