Mərmərə Universitetində “Müstəqilliklərinin 20-ci ilində Türk Respublikaları və Türkiyə ilə münasibətlər” adlı beynəlxalq simpozium təşkil edilib - FOTO
15 may 2012 09:18 (UTC +04:00)
Bakı-APA. Mərmərə Universitetində “Müstəqilliklərinin 20-ci ilində Türk Respublikaları və Türkiyə ilə münasibətlər” adlı beynəlxalq simpozium təşkil edilib. APA-nın məlumatına görə, Mərmərə Universiteti fənn-ədəbiyyat fakültəsinin və Ümraniyə bələdiyyəsinin əməkdaşlığı, Türkiyə prezidenti Abdullah Gülün himayəsi ilə keçirilən beynəlxalq simpoziumda Orta Asiya Türk Respublikalarından, Azərbaycan, Rusiya, Krım və Türkiyədən 37 elm adamı iştirak edib.
Simpoziumun açılış mərasimində Mərmərə Universitetinin rektoru professor Zafer Gül, Ümraniyə bələdiyyəsinin sədri Hasan Can iştirakçıları salamlayıb, Türk Respublikaları ilə Türkiyə Cümhuriyyəti arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini ifadə etdilər. Açılış mərasimində prezident Abdullah Gülün, baş nazir Rəcəb Tayyib Ərdoğanın təbrik teleqramları oxunub.
Simpoziumda son 20 ildə müstəqilliklərini əldə etmiş Türk respublikalarının Türkiyə ilə siyasi, iqtisadi, hərbi, mədəni əlaqələri və ümumən regionda cərəyan edən hadisələr müxtəlif aspektlərdən dəyərləndirilib. Tədbirdə Azərbaycandan Milli Məclisin üzvü Fazil Mustafa, Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, BDU-nun müəllimi Altay Göyüşov və Azərbaycan Dillər Universitetinin müəllimi Nəsib Nəsibli iştirak ediblər.
Mərmərə universitetinin müəllimi Okan Yeşilotun koordinasiyasında təşkil edilən bu simpozium təşkilatçılıq baxımından da yaddaşlarda qalıb.

Xarici siyasət
İran Prezidentinin həlak olması ilə bağlı bu ölkənin Bakıdakı Səfirliyində matəm kitabı açılacaq
20:31
20 may 2024
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
19:51
20 may 2024
İtaliya Azərbaycana yeni səfir təyin edib
17:36
20 may 2024
XİN: Azərbaycan Tayvanın müstəqilliyini tanımır
14:50
20 may 2024