Mahmud Əhmədinejad: “İran hazırda 4 və ya 5 ton zənginləşdirilmiş urana sahibdir”

Mahmud Əhmədinejad: “İran hazırda 4 və ya 5 ton zənginləşdirilmiş urana sahibdir”
# 01 avqust 2012 10:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran prezidenti Mahmud Əhmədinejad Qərb dövlətlərini tənqid edib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, M. Əhmədinejad bildirib ki, rəsmi Tehran nefti xammal şəklində ixrac etməkdən uzaqlaşmalıdır: “Bu da neftayırma zavodlarının geniş fəaliyyəti ilə mümkündür. Bu gün neftin dəyəri siyasi xarakter alıb. Real qiymət təyin edilərsə, təbii ki, dünya bazarlarındakı qiymətdən daha baha olacaq. Neft amilindən beynəlxalq və ölkələrarası münasibətlərdə təzyiq vasitəsi kimi istifadə olunur. Ancaq neftə tələbat artdığı bir dönəmdə dünyanı enerji mənbəyindən məhrum etmək gülünc addımdır olardı. Hər halda neft amilindən neft istehsal edən ölkəyə qarşı silah kimi istifadə olunması çox gülməlidir. Bu, ağılsız siyasətçilərin ən gülünc addımlarındandır. Onların neftə ehtiyacı olduğu halda neftdən təzyiq aləti kimi istifadə edirlər”.

İran prezidenti dünya ictimaiyyəti üçün ciddi narahatlıq doğuran ölkəsinin uranı zənginləşdirməsi məsələsinə də toxunub: “İran hazırda 4 və ya 5 ton zənginləşdirilmiş urana sahibdir. Bu miqdardakı uran əhəmiyyətli bir şey deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR