Azərbaycanın Şəmkir rayonunda əhalini uzun müddət vahimədə saxlayan şəxslər həbs olunub

Azərbaycanın Şəmkir rayonunda əhalini uzun müddət vahimədə saxlayan şəxslər həbs olunub
# 03 avqust 2012 10:29 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin iyun ayının 28-dən avqust ayının 1-dək Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olan rayon sakinləri - Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Şəmkirdə evlərə silahlı dəstənin basqın edilməsi ilə bağlı ölkə məlumatlar yayılıb. Yerli sakinlərə istinadən yayılan həmin məlumatlarda evlərə basqın edən şəxslərin “vəhhabi”lər olduğu bildirilir. Lakin həmin zaman məsələyə münasibət bildirən rayon polisi yayılan məlumatların şayiə olduğunu və bu hadisəni rayon sakini olan bir nəfər ruhi xəstə tərəfindən törədildiyini bildirib.

Məlum hadisə ilə bağlı dərhal Şəmkir Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR