Azərbaycanda ölkə qanunvericiliyinin tələblərini pozan 83 əcnəbi aşkarlanıb

Azərbaycanda ölkə qanunvericiliyinin tələblərini pozan 83 əcnəbi aşkarlanıb
# 03 sentyabr 2012 14:28 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən (DMX) avqustun 27-dən 31-dək Bakıda, həmçinin Ağdaş və Şəmkir rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər həyata keçirilib. DMX-dən APA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 83 əcnəbi aşkar edilib. Həmin şəxslər barəsində Azərbaycan inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR