«Azərkosmos»un əməkdaşları Çində «Peyklərin tətbiqi texnologiyaları» mövzusunda keçirilən təlimdə iştirak ediblər

«Azərkosmos»un əməkdaşları Çində «Peyklərin tətbiqi texnologiyaları» mövzusunda keçirilən təlimdə iştirak ediblər
# 02 avqust 2012 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərkosmos» ASC-nin əməkdaşları Pekində (Çin) «Peyklərin tətbiqi texnologiyaları» mövzusunda keçirilən təlimdə iştirak edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, təlimdə «Azərkosmos» ASC-nin mütəxəssisləri hazırda dünyada və Çində istifadədə olunan rabitə və naviqasiya peyklərinin, o cümlədən Yerin müşahidəsi peyklərinin tətbiqi texnologiyaları haqqında həm geniş konseptual biliklərə, həm də praktik bacarıqlara yiyələniblər. Təlim müddətində kosmik məhsulların tətbiq olunduğu bir sıra idarə və təşkilatlara ziyarət də təşkil olunub.

Sözügedən təlim Çin Kosmik Texnologiyalar Akademiyasının təşəbbüsü ilə təşkil olunub və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub. Təlimin sonunda iştirakçılara Çin Elm və Texnologiya Nazirliyi Beynəlxalq Əməkdaşlıq Şöbəsinin sertifikatları verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR