BMT baş katibinin İrana səfəri başa çatıb

BMT baş katibinin İrana səfəri başa çatıb
# 31 avqust 2012 15:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. BMT baş katibi Pan Gi Munun İrana səfəri başa çatıb, o bu gün İranı tərk edib. APA-nın məlumatına görə, P. G. Mun nümayəndə heyəti ilə birgə Tehranın Beynəlxalq Mehrabad Hava Limanından yola salınıb.

Qeyd edək ki, BMT baş katibi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak etmək üçün dünən İrana səfər edib. Səfər çərçivəsində P. G. Mun İranın ali dini lideri ayətullah Xamneyi, prezident Mahmud Əhmədinejad və başqa yüksək vəzifəli şəxslərlə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR