Azərbaycan Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib
# 07 oktyabr 2012 11:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Prezidenti rusiyalı həmkarını 60 illik yubileyi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR