Sabirabadda 10 yaşlı qız bədbəxt hadisə nəticəsində kəndirdən asılaraq ölüb

Sabirabadda 10 yaşlı qız bədbəxt hadisə nəticəsində kəndirdən asılaraq ölüb
# 07 mart 2012 17:30 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda 10 yaşlı qız bədbəxt hadisə nəticəsində kəndirdən asılaraq ölüb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon polis şöbəsinin verdiyi məlumata görə, Sabirabad rayonu Həşimxanlı kənd sakini, 2002-cı il təvəllüdlü Əkbərli Roza Xalıq qızı yaşadığı evin həyətində oynayarkən boğazı darvazadakı kəndirdə ilişib. Nəticədə 10 yaşlı qız boğularaq ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR