Azərbaycan ərazisində martın 15-dən hava yenidən pisləşəcək, temperatur 4-6 dərəcə düşəcək, sulu qar, qar yağacaq

Azərbaycan ərazisində martın 15-dən hava yenidən pisləşəcək, temperatur 4-6 dərəcə düşəcək, sulu qar, qar yağacaq
# 13 mart 2012 08:45 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti martın 18-dək davam edəcək: “Həmin müddət ərzində havanın fasilələrlə yağıntılı olacaq, bəzi rayonlarda sulu qar, qar yağacaq. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək”.

U. Tağıyeva deyib ki, martın 16-da Bakıda və Abşeron yarımadasında gecə saatlarında temperatur 0 dərəcəyə yaxın, ayın 16-da və 17-də gündüz saatlarında 1-4 dərəcədən yüksək olmayacaq. Ayın 15-dən başlayaraq şimal qərb küləyinin güclənəcəyi gözlənilir: “Bakı və Abşeron yarımadasında martın 15-i axşam və 16-da yağıntının sulu qara keçəcəyi proqnozlaşdırılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR