Misir mətbuatında erməni işğalı və işğal altındakı ərazilərdə dini-mədəniyyət abidələrinin dağıdılması barədə yazı dərc edilib
10 mart 2012 08:37 (UTC +04:00)
Bakı – APA. Misirin ən çox oxunan qəzetlərindən olan “Youm7” qəzetinin 5 mart tarixli sayında Azərbaycanın Misirdəki səfirliyinin Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət abidələrinin, xüsusilə islam dininə aid maddi-mədəniyyət nümunələrinin və ibadət ocaqlarının dağıdılması, Ermənistanın həyata keçirdiyi etnik və mədəni soyqırım siyasəti, Xocalı soyqırımı və Ermənistan prezidentinin bu barədə etirafları barədə yeni bəyanatı dərc edilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, bəyanatda Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli və Şuşa məscidləri daxil olmaqla, işğal altındakı ərazilərdə 9-dan artıq məscidin dağıdılması, talan və təhqir edilməsi halları barədə məlumat verilərək etnik təmizləmə siyasəti ilə bərabər, Ermənistanın Azərbaycana qarşı mədəni soyqırım siyasəti də həyata keçirdiyi Misir ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu xüsusda İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamə xüsusi qeyd edilib.
Səfirliyin bəyanatı əsasında İSESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti və Avropa üzrə sabiq koordinatoru Salah Əlcəfəravi Misirin bütün kütləvi informasiya vasitələrinin rəhbərlərinə ünvanlanan müraciətlə çıxış edərək Xocalı faciəsi haqqında ətraflı məlumat verib. O, Misir ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş etnik və mədəni soyqırım siyasətinə bir daha cəlb edib.

Xarici siyasət
Baş nazir Əli Əsədov Tehrandadır, anım mərasimində iştirak edəcək - VİDEO - YENİLƏNİB
13:50
22 may 2024
Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır
13:16
22 may 2024
Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib - FOTO
10:54
22 may 2024
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024