Rəcəb Tayyib Ərdoğan SSRİ dövründə Türkiyəyə mühacirət etmiş azərbaycanlılarla bağlı sensasion fakt açıqlayıb

Rəcəb Tayyib Ərdoğan SSRİ dövründə Türkiyəyə mühacirət etmiş azərbaycanlılarla bağlı sensasion fakt açıqlayıb
# 05 sentyabr 2012 12:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışında deyib. O bildirib ki, həmin vaxt Türkiyədə iqtidarda olan Cümhuriyyət Xalq Partiyası (CHP) 146 azərbaycanlını SSRİ-yə təslim edib. R. T. Ərdoğan bu hərəkətinə görə CHP-ni qınayıb və tənqid edib: “Hökumət azərbaycanlı aydınları sərhəddə rus hərbçilərinə təslim edib. Halbuki azərbaycanlılar yalvarıb-yaxarıblar ki, bizi təslim etməyin. Rus əsgərləri azərbaycanlı aydınları qolları bağlı vəziyyətdə təslim alıb sərhədin o tayına keçirən kimi hamısını güllələyiblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR