İranda ikigünlük hərbi manevr başlayıb

İranda ikigünlük hərbi manevr başlayıb
# 06 oktyabr 2012 10:01 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranda hərbi manevr başlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) “Həzrəti Məhəmməd” birliyinin Əraq şəhərində “Ya Rəsulullah!” kodu altında keçirdiyi təlimlər iki gün davam edəcək. “Sepah”ın komandanı, polkovnik Ətaulla Mirkamali bildirib ki, hərbi manevrdə məqsəd islam dini və onun peyğəmbərinə qarşı təhqirə qiyabi şəkildə dağıdıcı cavab verməkdir. Təlimdə “Əraq Beytül Müqəddəs” birliyinin müdafiə və hazırlıq səviyyəsi də yoxlanılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR